Yuxarı

Akif Əlizadə: "AMEA-nın bütün torpaqları özünə qaytarılıb"

Akademiyanın 4 000 min hektar torpağından 1 700 hektarı erməni işğalı altındadır

Bakı. 29 aprel. REPORT.AZ/ "Ermənistanın işğalı altında olan hissəni çıxmaq şərti ilə Azərbaycan Milli Elmlər Akademiyasının bütün torpaqları özünə qaytarılıb".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, hazırda 2 300 hektar torpaq Akademiya tərəfindən istifadə olunur: “Akademiya öz qüvvəsi ilə həmin torpaq sahələrində xüsusi əkin sistemi yaradır və biz orada eksperiment həyata keçirmək istəyirik”.

O vurğulayıb ki, Akademiyanın 4 000 min hektar torpağından 1 700 hektarı erməni işğalı altındadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi