Yuxarı
    Bağlamaq

    Akif Əlizadə: “AMEA-da modernləşmə siyasəti aparılır”

    “7 il ərzində dövlət proqramı üzərində yer təkinin yeni bir modeli hazırlanıb”

    Bakı. 29 aprel. REPORT.AZ / “Son 5 il ərzində alimlərin apardığı tədqiqatlar nəticəsində “Dünya palçıq vulkanları atlası” tərtib olunub və hazırda toplunun çapı İtaliyada həyata keçirilir”. "Report" xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə Akademiyanın illik ümumi yığıncağında çıxışı zamanı deyib.

    A.Əlizadə qeyd edib ki, bu nəşr dünyada ilk dəfə ümumiləşdirilmiş böyük bir atlasdır: “Orada bütün ölkələrdə geniş yayılmış palçıq vulkanları əks olunub. Bu gün Azərbaycanda 300-dən artıq palçıq vulkanı müəyyən edilib. Onların hamısı da bu atlasda əks olunub. Bundan əlavə, 7 il ərzində dövlət proqramı üzərində yer təkinin yeni bir modeli hazırlanıb. Alimlər tərəfindən Cənubi-Xəzər çökəkliyinin yeni geoloji modeli hazırlanıb təhvil verilib”.

    O, həmçinin vurğulayıb ki, alimlər hər zaman azərbaycançılıq problemi üzərində çalışıblar: “AMEA-da modernləşmə siyasəti aparılır və gələcəkdə də bu işlər davam edəcək. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da modernləşmə mühüm bir rol oynamaqdadır. AMEA-da aparılan islahatlar yalnız formal xarakter daşımır, elmi bir daha dövlətin maraqlarına yaxınlaşdırmaq məqsədi daşıyır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi