Akif Əlizadə: "AMEA-da bütün magistrlər işlə təmin olunurlar"

Akif Əlizadə: "AMEA-da bütün magistrlər işlə təmin olunurlar" Bakı. 15 dekabr. REPORT.AZ/ AMEA-da bütün magistrlər işlə təmin olunur.
Elm və təhsil
15 Dekabr , 2017 12:46
Akif Əlizadə: AMEA-da bütün magistrlər işlə təmin olunurlar
Akif Əlizadə / Report/ Firi Salim

Bakı. 15 dekabr. REPORT.AZ/ "AMEA-da bütün magistrlər işlə təmin olunur".

"Report" xəbər verir ki, bunu Azərbaycanın gənc alimlərinin I qurultayında AMEA-nın prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, magistrlər eyni zamanda qrant layihələrinə cəlb olunurlar: "Akademiyada çalışan magistrlar müasir cihazlarla təchiz olunan laboratoriyalarla yanaşı, xaricdə də beynəlxalq təcrübə keçirlər".

A.Əlizadə bildirib ki, hazırda akademiyada magistratura təhsilinin müasir səviyyədə qurulması və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün daha yaxşı şərait yaratmağa çalışırlar.

Son xəbərlər

Orphus sistemi