Yuxarı
    Bağlamaq

    Akademik: "Sosial şəbəkədə olmaq vaxt itkisidir"

    “Sosial şəbəkədən istifadə etməyi xoşlamıram

    Bakı. 12 may. REPORT.AZ/ “Sosial şəbəkədən istifadə etməyi xoşlamıram. Çünki lazım olmayan fikirlər, münasibətlər bizi əsas fikirdən yayındırır”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

    O bildirib ki, bu gün gənclərimiz sosial şəbəkədə daha çox olurlar: “Bu, zamanın tələbidir. Sosial şəbəkədə olmaq vaxt itkisidir. O vaxtın hesabına qiymətli kitab oxuya bilərəm. Bəzən artıq informasiyanın özü də zərərlidir”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi