Yuxarı
    Bağlamaq

    Akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd ediləcək

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 7 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.

    Sərəncamda vurğulanır ki, Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi