Akademik: "Hazırda gənclər fundamental elmlərə maraq göstərmirlər"

Akademik: "Hazırda gənclər fundamental elmlərə maraq göstərmirlər" "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi cəhdləri hər zaman olub və bu proses indi də davam edir"
Elm və təhsil
7 Fevral , 2018 16:17
Akademik: Hazırda gənclər fundamental elmlərə maraq göstərmirlər
Akademik Teymur Kərimli / Report/ Orkhan Azim

Bakı. 7 fevral. REPORT.AZ/ "Hazırda gənclər fundamental elmlərə maraq göstərmirlər və bu da həmin sahənin büdcədən asılılığını artırır". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

O, digər problemin Azərbaycan gənclərinin ideologiyası ilə bağlı xarici jurnallarda yazıların az dərc olunması olduğunu söyləyib: "İmpakt faktorlu jurnallarda ikili standartlar hökm sürür. Buna görə də impakt faktorlu jurnallar gənc alimlərin Azərbaycan gənclərinin ideologiyası ilə bağlı hazırladığı yazılara ya çox həvəssiz yanaşır, ya da heç maraq göstərmirlər. Bu səbəbdən də Azərbaycan özünün nəşr brendini yaratmalıdır".

Akademik qeyd edib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi cəhdləri hər zaman olub və bu proses indi də davam edir: "Biz Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər. Bu yaxınlarda Fransanın Sarbonno Universitetinin professoru elektron poçtuma məktub göndərərək bildirib ki, Nizami fars şairidir, atası da Qum şəhərindədir. Mənə yazılır ki, niyə bu məsələ şaxtalaşdırılaraq onu Azərbaycan şairi kimi təqdim edirsiniz?! Biz deyirik ki, Nizami Azərbaycan şairi, Gəncə isə Azərbaycan şəhəridir. Nizaminin də əsərlərində Gəncəyə xüsusi məhəbbətin olduğu görünür. Amma buna əhəmiyyət verilmir".

Son xəbərlər

Orphus sistemi