Akademik: "Dünyadakı ziddiyyətlərdən bütün ölkələr və xalqlar əziyyət çəkir"

Akademik: "Dünyadakı ziddiyyətlərdən bütün ölkələr və xalqlar əziyyət çəkir" İsa Həbiibbəyli: "Terrorizmin gətirdiyi bəlalardan xilas etməyin proqnozlarını verən elmi əsərlərə ciddi ehtiyac var"
Elm və təhsil
10 Yanvar , 2017 20:26
Akademik: Dünyadakı ziddiyyətlərdən bütün ölkələr və xalqlar əziyyət çəkir

Bakı 10 yanvar. REPORT.AZ/ "Nədənsə bəzi ölkələrdə millətlər və dinlər arasında dialoq qurmaq əvəzinə ziddiyyət yaratmağa doğru addımlar atılır. Bundan isə təkcə həmin ölkələr yox, digər xalqlar da əziyyət çəkir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Akademik bildirib ki, multikulturalizm və tolerantlığın arxa plana keçirildiyi ölkələrdə baş verən faciəli hadisələrin bir çoxunun kökündə milli və dini zəmindəki ayrı-seçkiliyin dayandığını görməmək mümkün deyil: "Bir çox hallarda belə acı aqibətə malik olan hadisələrin açıq və ya örtülü şəkildə dəstəklənməsi də qəbuledilməzdir. Təəssüf ki, həmin ölkələrdə yaranan ədəbiyyatın da qarşıdurmalara və ayrı-seçkiliklərə etiraz sədaları eşidilmir. Hələ ki baş verən qanlı terror hadisələrinin, müharibələrin, qarşıdurmaların mahiyyətini açan, köklərini və səbəblərini əks etdirən, doğurduğu real faciələri insanların taleyində dərindən ifadə edən böyük ədəbiyyatın reaksiyası zəif görünür. Antimultikultural mühit ikili siyasətdə, fərqli münasibətlərdə aşkar müşahidə olursa da, ədəbiyyat və incəsənət əsərlərində bu dalğanın əks-sədası ümumdünya miqyasına çıxacaq səviyyədə deyil".

Akademikin sözlərinə görə, terrorizmin, əzablı yollardan keçən miqrasiya axınlarının, qarşıdurmaların hərbi-siyasi, ictimai-iqtisadi, sosioloji-kultural dərinliklərini tam mənası ilə əks etdirib ümumiləşdirən, bu böyük fəlakətdən bəşəriyyəti xilas etməyin proqnozlarını verən elmi əsərlərə də ciddi ehtiyac var: "Zaman multikulturalizm və tolerantlığın cəmiyyətdəki əhəmiyyətini, üstünlüklərini real şəkildə açıb göstərən elmi və bədii əsərləri də meydana çıxarmalıdır. Multikulturalizmə qarşı olan etinasız münasibətin ağrısını yaşayan xalqlar baş vermiş hadisələrdən obyektiv nəticə çıxarmalı, birgəyaşayışın və dialoqun təmin edilməsi üçün qətiyyətli addımlar atmalıdırlar. Həmrəyliyə və dialoqa çağırış böyük ədəbiyyatın da, müasir elmin də ən mühüm vəzifələrindəndir.

Son xəbərlər

Orphus sistemi