​Akademik Cəmil Əliyev Türkiyədə yüksək fəxri ada və qızıl medala layiq görülüb

​Akademik Cəmil Əliyev Türkiyədə yüksək fəxri ada və qızıl medala layiq görülüb O, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü olub
Elm və təhsil
10 Noyabr , 2015 12:36
​Akademik Cəmil Əliyev Türkiyədə yüksək fəxri ada və qızıl medala layiq görülüb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü adına və "Türk dünyasına xidmət" Beynəlxalq Qızıl Medalına layiq görülüb.

"Report"un məlumatına görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Hayrettin İvgin akademik Cəmil Əliyevin adının Türkiyənin bütün elmi dairlərində tanındığını bildirib.

Qeyd edək ki, Cəmil Əliyev Rusiyanın, Gürcüstanın, Azərbaycanın elmlər akademiyalarının, həmçinin Avropa Təbiət Elmləri Akademiyasının akademiki, İngiltərənin Hammersmit Kral Universitetinin və ABŞ-ın MD Anderson Xərçənglə Mübarizə Mərkəzinin fəxri professorudur.

Son xəbərlər

Orphus sistemi