Akademik Akif Hacıyev dəfn olunub

Akademik Akif Hacıyev dəfn olunub Mərasimdə dövlət və hökumət rəsmiləri, deputatlar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər
Elm və təhsil
4 Fevral , 2015 15:21
Akademik Akif Hacıyev dəfn olunub

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün AMEA-nın əsas binasında "Şöhrət" ordenli, əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyevlə vida mərasimi keçirilib. 

"Report" xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, deputatlar, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, akademiklər Abel Məhərrəmov, Telman Əliyev, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, professor Misir Mərdanov çıxış edərək, alimin Azərbaycanın riyaziyyat elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açıb və mərhumun ailəsinə başsağlığı veriblər.

Mərhumun ailəsi adından çıxış edən qardaşı Aqil Hacıyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Sonra alimin cənazəsi son mənzilə yola salınıb. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi