Yuxarı

Akademik Ağamusa Axundov II Fəxri xiyabanda dəfn olunub

AMEA-da görkəmli alimlə vida mərasimi keçirilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Görkəmli dilçi alim, akademik Ağamusa Axundov dəfn olunub. 

"Report" xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilən vida mərasimindən sonra mərhum akademikin cənazəsi II Fəxri xiyabanda torpağa tapşırılıb. Mərasimdə AMEA-nın prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, millət vəkilləri Nizami Cəfərov, Rafael Hüseynov, Abel Məhərrəmov, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və yaxınları iştirak edib.

Qeyd edək ki, Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub. Görkəmli alim sentyabrın 6-da vəfat edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi