Agentlik sədri: “Ermənilər hətta Şaxta babanın da erməni olduğunu deyir...”

Agentlik sədri: “Ermənilər hətta Şaxta babanın da erməni olduğunu deyir...” “Ermənistan alimləri hətta Türkiyə-İran sərhədində tapılan 5,5 min il yaşı olan çarıqların da ermənilərə məxsus olduğunu iddia edir”
Elm və təhsil
17 Mart , 2016 11:40
Agentlik sədri: “Ermənilər hətta Şaxta babanın da erməni olduğunu deyir...”

Bakı. 17 mart. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov ermənilərin Azərbaycan tarixinə aid tapıntıların mənimsəmə cəhdlərinə münasibət bildirib. “Report”un xəbərinə görə, K.İmanov Bakıda keçirilən “Kreativ sənayelərdən faydalanaq: Kreativlik və milli inkişaf” mövzusunda keçirilən beynəlxalq seminarda deyib ki, erməni işğalçıları Azərbaycanın işğal olunmuş Füzulu rayonunda yerləşən məşhur Azıx mağarasında Azərbaycan alimlərinin işğal dövrünə qədər ortaya qoyduqları azıxantrop tapıntısına əsaslanaraq Azıx mağarasının Ermənistanın mədəniyyətinin ilkin mənbələrindən olan yer kimi elan edirlər.

O bildirib ki, Ermənistan alimləri hətta Türkiyə-İran sərhədində tapılan 5,5 min il yaşı olan çarıqların da ermənilərə məxsus olduğunu iddia edir.

K.İmanov ermənilərin Şaxta babanın da köklərinin ermənilərə bağlı olduğunu iddia etdiklərini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi