Ağcabədinin Sarıcalı kəndində yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

Ağcabədinin Sarıcalı kəndində yeni məktəb binası tikiləcək - SƏRƏNCAM Prezident İlham Əliyev Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Elm və təhsil
4 İyun , 2020 14:53
Ağcabədinin Sarıcalı kəndində yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi