ADU-nun kafedra müdiri vəfat edib

ADU-nun kafedra müdiri vəfat edib Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) İspan və Koreya dillərinin tərcüməsi kafedrasının müdiri vəfat edib.
Elm və təhsil
21 Noyabr , 2017 09:55
ADU-nun kafedra müdiri vəfat edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) İspan və Koreya dillərinin tərcüməsi kafedrasının müdiri vəfat edib.

"Report" xəbər verir ki, dosent Aybənisə Əliyeva uzun sürən xəstəlikdən noyabrın 20-də dünyasını dəyişib.

Qeyd edək ki, A.Əliyeva 1993-cü ildə Xarici Dillər İnstitutunun Fransız dilinin tərcüməsi kafedrası nəzdində İspan dili şöbəsində ispan dilini tədris edən ilk yerli iki müəllimdən biri olub. 2000-ci ildə universitetdə İspan və İtalyan dili kafedrası yaradılıb. A.Əliyeva 2007-ci ildən kafedraya rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi