ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib Azərbaycan Dillər Universitetinin (ADU) Əlavə təhsil və təcrübə fakültəsi 2019/2020-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsilinə mövcud olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edib.
Elm və təhsil
20 May , 2019 16:48
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib

Azərbaycan Dillər Universitetinin (ADU) Əlavə təhsil və təcrübə fakültəsi 2019/2020-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsilinə mövcud olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edib.

Bu barədə "Report"a ADU-dan məlumat verilib.

Tələb olunan sənədlər aşağıdakılardır:

- rektorun adına ərizə;

- diplom və əlavəsinin surəti;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;

- sağlamlıq haqqında arayış;

Sənədlər iyunun 1-dən avqustun 20-dək (istirahət günlərindən başqa) saat 10:00-16:00-dək ADU-nun 3 saylı tədris binası Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308-də qəbul edilir.

Tel: (012) 564 22 48; (055) 302 88 57

E-mail: [email protected]

Sayt: www.adu.edu.az

Son xəbərlər

Orphus sistemi