Yuxarı
    Bağlamaq

    ADU-nun 10 tələbəsi universitet hesabına Çində təhsil alacaq

    Çində II kursu müvəffəqiyyətlə başa çatdıran tələbələr ADU-da III kursda öz təhsillərini davam etdirəcəklər

    Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru Səməd Seyidov 2015-2016-cı tədris ilində Çin Xalq Respublikasının Şenyan Pedaqoji Universitetində universitet hesabına təhsil alacaq 10 nəfər tələbə və onların valideynləri ilə görüşüb. Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

    Çin dili mərkəzinin yaradılmasından söhbət açan rektor ADU-da çin dilinin tədrisinin Çin mütəxəssisləri tərəfindən aparılmasının vacibliyini söyləyib: "Çin dilini öyrənmək üçün Çində yaşamaq, orada təhsil almaq və çinli tələbələrlə əlaqələr yaradaraq bu dildə danışıq bacarıqlarını inkişaf etdirmək lazımdır". 

    O bildirib ki, Çində II kursu müvəffəqiyyətlə başa çatdıran tələbələr ADU-da III kursda təhsillərini davam etdirəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi