ADU-da Texniki İnnovasiyalar Mərkəzinin açılış mərasimi keçirilib

ADU-da Texniki İnnovasiyalar Mərkəzinin açılış mərasimi keçirilib Mərkəzdə tələbələr üçün bütün şərait yaradılıb, habelə 3D prinet də quraşdırılıb
Elm və təhsil
4 Dekabr , 2015 20:44
ADU-da Texniki İnnovasiyalar Mərkəzinin açılış mərasimi keçirilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) təhsil müəssisənin və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Texniki İnnovasiyalar Mərkəzinin açılış mərasimi keçirilib.

ADU-dan "Report"a verilən məlumata görə, öncə rəmzi açılışı bildirən qırmızı lent kəsilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən Dünyamin Yunusov Texniki İnnovasiyalar Mərkəzi haqqında ətraflı məlumat verib.

D.Yunusov mərkəzin məktəblilər üçün nəzərdə tutulduğunu vurğulayıb. O bu mərkəzdən bütün məktəblilərin istifadə edə biləcəyini deyib və tədbirdə iştirak etdiyi üçün ABŞ-ın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Robert Sekutaya təşəkkür edib.

Öz növbəsində, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu yaradıcılıq məkanına hər cür şərait yaratdığı üçün D.Yunusova, davamlı dəstəyə və uzunmüddətli əməkdaşlığa görə sabiq rektor, Milli Məclisin deputatı Səməd Seyidova təşəkkür edib. Səfir bu layihənin ADU tərəfindən dəstəkləndiyini iştirakçıların diqqətinə çatdırıb. O, bu layihənin məktəbliləri düşünməyə təşviq etdiyini və onların bu cür vasitələrdən istifadə edərək gələcəkdə qazandıqları biliklərindən yararlana biləcəklərini vurğulayıb.

Tədbirdə həmçinin Texniki İnnovasiyalar Mərkəzinin müasir avadanlıqlarının və eksponatlarının, eləcə də 3D printerinin imkanları, robot komplektlərinin nümunələri qonaqlar və media nümayəndələri üçün mərkəzin könüllüləri tərəfindən təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi