ADU-da “Siyasi ingilis dili” adlı dərs vəsaiti çap olunub

ADU-da “Siyasi ingilis dili” adlı dərs vəsaiti çap olunub Dərs vəsaiti 80 səhifədən ibarətdir və ingilis dilinin tədrisinin ən müasir metoduna əsaslanır
Elm və təhsil
16 Oktyabr , 2015 20:00
ADU-da “Siyasi ingilis dili” adlı dərs vəsaiti çap olunub

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin İngilis dilinin üslubiyyatı kafedrasının baş müəllimi İradə Səmədovanın “Siyasi ingilis dili” adlı dərs vəsaiti çapdan çıxıb.

ADU-dan “Report”a verilən məlumata görə, dərs vəsaiti 80 səhifədən ibarətdir və ingilis dilinin tədrisinin ən müasir metoduna əsaslanır.

Dərs vəsaiti müasir diplomatik sənədlər və siyasi çıxışlar üzərində dil vərdişlərini tədris etmək, danışıqlar və yazışmalar əsasında oxu, həmçinin eşitmə vərdişlərini aşılamaq, siyasi dilin üslubi xüsusiyyətlərini izah etmək və bu bacarıqları inkişaf etdirmək, tələbələri sənədlərin tərtibat qaydaları ilə tanış etmək və onların xüsusi məqsədlər üçün keyfiyyətli siyasi ingilis dilinə yiyələnməsinə kömək etmək məqsədilə çap olunub.

Son xəbərlər

Orphus sistemi