ADU-da iki fakültə birləşdirilib

ADU-da iki fakültə birləşdirilib Birləşmə ADU-nun Elmi Şurasının qərarına əsasən olub
Elm və təhsil
3 Aprel , 2017 10:08
ADU-da iki fakültə birləşdirilib
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən, universitetin Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələri birləşdirilərək onların bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb.

Bu barədə “Report”a ADU-nun İnformasiya Departamentindən məlumat verilib.

İki fakültənin birləşdirilməsində məqsəd təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqinə nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi