ADU-da İctimai Nəzarət Şurası yaradılıb

ADU-da İctimai Nəzarət Şurası yaradılıb Şura universitetin "Elmi şura"sının qərarına əsasən təşkil olunub
Elm və təhsil
10 İyun , 2016 10:46
ADU-da İctimai Nəzarət Şurası yaradılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) İctimai Nəzarət Şurası yaradılıb.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən “Report”a verilən xəbərə görə, İctimai Nəzarət Şurası universitetin "Elmi şura"sının qərarına əsasən təşkil olunub.

Şura təhsil müəssisəsində ictimai iştirakçılıq və nəzarətin daha da gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, fəaliyyəti səmərəli davam etdirmək, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaratmaq və təkliflərin verilməsi məqsədi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi