​ADU-da "Azərbaycan-Yunanıstan: tarix və müasirlik" mövzusunda tədbir keçirilib

​ADU-da "Azərbaycan-Yunanıstan: tarix və müasirlik" mövzusunda tədbir keçirilib Tədbirdə Yunanıstanın təbiətini və tarixi abidələrini özündə əks etdirən filmi nümayiş etdirilib
Elm və təhsil
5 Noyabr , 2015 15:33
​ADU-da Azərbaycan-Yunanıstan: tarix və müasirlik mövzusunda tədbir keçirilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) "Azərbaycan-Yunanıstan: tarix və müasirlik" mövzusunda tədbir keçirilib.

Bu barədə "Report"a ali təhsil müəssisəsindən məlumat verilib.

Tədbirdə Yunanıstanın Azərbaycandakı səfirliyinin konsulu Adamopoulus Konstantinos, səfirliyin mədəniyyət üzrə attaşesi Mariya Dolka, ADU-nun tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov, ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev də iştirak edib.

Tədbirdə Azərbaycan və Yunanıstan arasında mövcud olan iqtisadi və mədəni əlaqələrin uğurlu inkişafından danışılıb.

Tədbirdə Yunanıstanın təbiətini və tarixi abidələrini özündə əks etdirən filmi nümayiş etdirilib.

ADU-nun tələbələrinin hazırladığı bədii hissədə yunan xalq mahnıları və rəqsləri nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi