Yuxarı

ADU-da "Amerika Günləri Festivalı"nın bağlanış mərasimi keçirilib

Tədbir konsert proqramı ilə yekunlaşıb

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) ABŞ-ın Azərbaycandakı səfirliyi və ADU-nun İnformasiya Resurs Kompleksinin (İRK) birgə təşkil etdiyi “Amerika Günləri Festivalı”nın bağlanış mərasimi keçirilib.

ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən xəbərə görə, “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirdə ilk öncə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova "Amerika Günləri Festivalı" həftəsinin uğurla başa çatdığını qeyd edərək universitet tələbələrinin də bu proqramda fəal iştirak etdiyini vurğulayıb. 

O, bunun nəinki Bakıda, eyni zamanda Azərbaycanın bir sıra bölgələrində də qeyd olunduğunu bildirib.

Amerikanın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Stiven Qays Azərbaycan Dillər Universitetinin rəhbərliyinə əməkdaşlıq üçün təşəkkür edib. O, “Amerika Günləri Festivalı”nın böyük proqram olduğunu və bunun bir çox bölmələri əhatə etdiyini vurğulayıb. 

Tədbir konsert proqramı ilə yekunlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi