​ADU-da “20 Yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi” adlı dəyirmi masa keçirilib

​ADU-da “20 Yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi” adlı dəyirmi masa keçirilib 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin vətənpərvərlik hissləri ilə zəngin gənc olduğu qeyd edilib
Elm və təhsil
9 Yanvar , 2015 13:19
​ADU-da “20 Yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi” adlı dəyirmi masa keçirilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) “20 Yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi” adlı dəyirmi masa keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Gülxar Məmmədova 20 Yanvar hadisələrindən 25 il keçməsinə baxmayaraq, o günlərin dərin kədərlə anıldığını bildirib. Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadəni yad edən G.Məmmədova şəhidimizin vətənpərvərlik hissləri ilə zəngin gənc olduğunu qeyd edib.

ADU-nun Qadınlar Şurasının sədri, Linqvokulturologiya kafedrasının müdiri Məsməxanım Qazıyeva çıxışında 20 Yanvar hadisələrindən söz açdı, acı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Heydər Əliyevin ölkədən uzaqda olmasına baxmayaraq, 20 Yanvar hadisələrinə biganə qalmadığını deyən M. Qazıyeva ulu öndərin 20 Yanvar faciəsini dünyaya çatdıraraq hadisələrin inkişafına müdaxilə etdiyini bildirib.

Daha sonra tələbələr bu faciə ilə bağlı öz fikirlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi