ADU-da 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan açıq dərs keçirilib

ADU-da 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan açıq dərs keçirilib Tədbirdə FHN-in tərkibində fəaliyyət göstərən qurumlar, nazirliyin fəaliyyəti, keçirilən təlimlərin əks olunduğu videoçarx nümayiş olunub
Elm və təhsil
2 Mart , 2015 19:56
ADU-da 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan açıq dərs keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetində 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib. Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

Açıq dərs formatında keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbirin tələbələri maarifləndirmək məqsədilə keçirildiyini bildirib. O, fövqəladə hallar zamanı baş verən hadisələr və bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar haqqında ümumi məlumat verib.

Mərkəzi mülki müdafiə kurslarının rəisi, polkovnik Asif Qəribov "Mülki müdafiənin təşkili və mülki müdafiə sahəsində əhalinin hazırlanması" mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində FHN-in əhalinin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində fəaliyyətləri haqqında danışaraq, mülki müdafiənin məqsədi, təşkil edilməsi prinsipləri, mülki müdafiə sahəsində dövlətin vəzifələri, hüquqi şəxslərin vəzifələri, vətəndaşın hüquq və vəzifələrinə toxunub. 

Tədbirdə FHN-in tərkibində fəaliyyət göstərən qurumlar, nazirliyin fəaliyyəti, keçirilən təlimlərin əks olunduğu videoçarx nümayiş olunub.

Daha sonra mərkəzi laboratoriya avadanlıqları və texnikaları, dəri mühafizə vasitələri, zəhərləyici maddələrdən qorunma vasitələri haqqında məlumat verilib, onların nümayişi keçirilib. 

Son xəbərlər

Orphus sistemi