ADPU-nun rektoru: "Sağlam təhsil texnologiyası bütün fakültələrdə tətbiq olunmalıdır"

ADPU-nun rektoru: "Sağlam təhsil texnologiyası bütün fakültələrdə tətbiq olunmalıdır" Cəfər Cəfərov bildirib ki, ADPU-nun bütün ixtisaslarında 150 saat ərzində mülki müdafiə və tibbi biliklərin əsasları tədris olunur
Elm və təhsil
18 Aprel , 2017 11:00
ADPU-nun rektoru: Sağlam təhsil texnologiyası bütün fakültələrdə tətbiq olunmalıdır
Report.az

Bakı. 18 aprel. REPORT.AZ/ "Sağlam təhsil texnologiyası yalnız ibtidai sinif müəllimliyi hazırlığında deyil, bütün fakültələrdə tətbiq olunmalıdır".

"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov "Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər, perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfansda deyib.

O bildirib ki, ADPU-nun bütün ixtisaslarında 150 saat ərzində mülki müdafiə və tibbi biliklərin əsasları tədris olunur: "Bu fənnin tədrisi üçün zəruri şərait və avadanlıqlar olmadığından səmərəli nəticə vermir. Həmin dərsə məktəb gigiyenası fənnini də birləşdirməklə bu işi daha optimal şəkildə tədris etmək olar".

Rektorun sözlərinə görə, gələcəkdə ibtidai siniflərdə dəsr deyəcək müəllimləri "Sağlam sinif" layihəsində iştirak edən siniflərlə tanış etmək üçün ibtidai təhsil fakültəsinin nəzdində Sağlam Təhsil Pedaqogikası Mərkəzi və sağlam təhsil auditoriyası yaradılıb: "İbtidai sinif müəllimliyi ixtisasında uşaq anotomiyası, fiziologiyası, həyat bilgisi və onun metodikası, ibtidai təhsilin pedaqogikasının tədrisində məktəblərin sağlamlığı və sağlam təhsil texnologiyaları ilə bağlı daha geniş məlumatların verilməsi nəzərdə tutulub. Bundan başqa, "Sağlam təhsil-sağlam millət" layihəsinə uyğun olaraq, pedaqogika kursunun tədrisində pedaqoji valeologiya və didaktologiyanın əsasları öyrədilir".

Son xəbərlər

Orphus sistemi