Yuxarı
    Bağlamaq

    ADNSU tələbənin “ağıllı çanta”nı öz ixtirası kimi təqdim etməsi xəbərlərinə münasibət bildirib

    Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bu ali məktəbin tələbələri tərəfindən təkmilləşdirilən çanta barədə Xəzər TV-nin hazırladığı “ağıllı çanta” haqqında süjetin sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib.

    Universitetin İctimaiyyətlə əlaqələr və marketinq departamentindən "Report"un sorğusuna cavab olaraq qeyd edilib ki, həmin çanta Çindən sifariş olunub: "Standart vəziyyətdə yalnız günəş batareyası sayəsində enerji yığmağa qadir olan çanta gənclər tərəfindən təkmilləşdirildikdən sonra sürtünmə qüvvəsindən və ayaqqabıların hərəkətindən yaranan enerjini də akkumulyasiya etmək səviyyəsinə çatdırılıb. Bundan əlavə, daha üç funksiya - çantanın oğurlanmasına qarşı siqnalizasiya sistemi, mobil əplikeyşn və işıq kimi xəbərdarlıqedici funksiyalar da əlavə edilib". 

    "Bir daha vurğulamaq istərdik ki, çanta Çin istehsalıdır və süjetdə çantanın üzərindəki loqo da bunu təsdiqləyir. Tələbələr Çindən sifariş etdikləri çantanı ona yeni funksiyalar əlavə etməklə təkmilləşdiriblər. Xəzər TV-nin hazırladığı süjetdə yuxarıda sadalananlar aydın şəkildə qeyd olunub. Süjetdə tələbələrin “ağıllı çanta” istehsal etdiklərindən deyil, onun fuksiyalarından bəhs edilib. Bəzi saytların, eləcə də sosial şəbəkə istifadəçilərinin ADNSU tələbələrinin bu layihəsini guya şəxsi ixtiraları kimi təqdim etməsi haqqında yazılanlar həqiqəti əks etdirmir. Azərbaycanda yeni yaranmaqda olan startap hərəkatının pionerlərindən olan ADNSU startapçılarını, 18-20 yaşlı gənclərimizi bu kimi həqiqətə uyğun olmayan informasiyalarla ruhdan salmayaq" - deyə ADNSU-dan əlavə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi