ADNSU-nun tələbələri MTN-in Heydər Əliyev muzeyində olublar

ADNSU-nun tələbələri MTN-in Heydər Əliyev muzeyində olublar Ekskursiyada 60-dan çox tələbə iştirak edib
Elm və təhsil
26 Noyabr , 2015 13:42
ADNSU-nun tələbələri MTN-in Heydər Əliyev muzeyində olublar

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsinin (KTF) tələbələri Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev Muzeyində olublar. Bu barədə "Report"a universitetin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, KTF-nin tyutoru Elşən Zeynalovun və III kurs tələbəsi Kamran Sabirlinin rəhbərliyi ilə muzeyə edilən bu ekskursiyada 60-dan çox tələbə iştirak edib. Muzeydə tələbələrə ulu öndər Heydər Əliyevin həyatı və zəngin fəaliyyəti barədə geniş və maraqlı məlumatlar verilib. 

Tələbələr hesab edirlər ki, MTN-in Heydər Əliyev Muzeyinə edilən səfərlər gənclərin təhsilinə və gələcək fəaliyyətlərinə müsbət təsir göstərən mühüm amillərdəndir. Gənclər belə səfərlərin onların gələcək fəaliyyətinə stimul verdiyini önə çəkiblər. 

Son xəbərlər

Orphus sistemi