Yuxarı

ADNSU-nun müəllimləri and içib

Andiçmənin yazılı mətni müəllimin şəxsi imzası ilə işində saxlanılacaq

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Heydər Əliyev" lektoriyasında daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.

Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə ali məktəbin tədris işləri üzrə prorektoru Qasım Məmmədov, beynəlxalq əlaqələr üzrə prorektor Rafiq Camalov, kadrlar şöbəsinin rəisi İlduzə Hüseynova və işə qəbul olunanların kafedra rəhbərləri iştrak ediblər.

Q.Məmmədov müəllim peşəsinin çətin və şərəfli olduğunu qeyd edərək yeni işə qəbul edilən müəllimləri təbrik edib, onlara uğurlar diləyib. 

ADNSU-nun 6 nəfər əməkdaşı dövlət bayrağı altında Azərbaycanın Konstiutsiyasına əl basaraq təntənəli surətdə and içiblər: "Azərbaycan Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm".

Andiçmənin yazılı mətni müəllimin şəxsi imzası ilə işində saxlanılacaq.

And içən Tahir Cabbarov Maşınqayırma və materialşünaslıq kafedrasına müdir, Şahin İsmayılov Neft-qaz mühəndisliyi kafedrasına dosent, Nailə Abdullayeva İctimai fənlər kafedrasına dosent, Rauf Nəbiyev Cihazqayırma kafedrasına müdir, Akif Əlizadə İdarəetmə və sistemlər mühəndisliyi kafedrasına dosent, Ədalət Abbasov Azərbaycan dili kafedrasına müdir təyin ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi