ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında müqavilə imzalanıb

ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında müqavilə imzalanıb UFAZ-ın strukturunun yaradılmasının müzakirəsi üçün konkret vaxt müəyyənləşdirilib
Elm və təhsil
11 Yanvar , 2017 18:39
ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında müqavilə imzalanıb

Bakı.11 yanvar. REPORT.AZ/ Fransanın Strasburq və Ren 1 universitetlərinin nümayəndə heyəti yanvarın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. 

ADNSU-dan "Report"a verilən məlumata görə,  rektor, professor Mustafa Babanlı, Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis universitetin Tarix Muzeyini ziyarət ediblər. Nümayəndə heyəti ADNSU-nun tarixi haqqında məlumat alıb və fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.

Sonra ADNSU-nun rektoru Mustafa Babanlı ilə nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis, UFAZ-ın baş katibi Şarlotta Payen və digər nümayəndələr iştirak ediblər.

Görüşdə UFAZ-da strukturlaşma işlərinin yekunlaşması, maddi texniki bazasının və laboratoriyasının yaradılması, həmçinin UFAZ üçün yeni tədris korpusunun tikilməsi və magistratura bölməsində tədrisin aparılması məsələləri geniş müzakirə olunub. UFAZ-a qəbulun ilk göstəricilərinin gözləniləndən daha yüksək olduğunu qeyd edən professor M.Babanlı yeni tədris ilində də bu nəticəni qoruyub saxlamaq və eyni zamanda ilk tədris ilində olan müəyyən qüsurları düzəltmək istiqamətində işlər görüldüyünü vurğulayıb.

“Medianın prosesləri geniş işıqlandırması da UFAZ-a qəbula çox müsbət təsir etdi. Lakin ötən il insanları UFAZ-a cəlb etmək çətin idisə bu gün hamı UFAZ-dan danışır. Əsas məqsədimiz bu tempi dayandırmamaqdır. Bu vaxta qədər 500-dən çox bal limiti qoyub bu cür yüksək nəticə göstərən universitet hələ olmamışdı” - M.Babanlı bildirib.

Görüşdə UFAZ-ın fondunun yaradılması, maddi texniki bazasının qurulması və genişləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda tərəflər arasında pedaqoji və maliyyə müqavilələri imzalanıb. UFAZ-ın strukturunun yaradılmasının müzakirəsi üçün konkret vaxt müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi