Yuxarı
    Bağlamaq

    ADNSU-da “Texnologiya və Dizayn 3D çapında” adlı seminar keçirilib

    Seminarı Almaniyadan olan təlimçi Stefan Şats aparıb

    Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə birgə təşkil olunmuş “Texnologiya və Dizayn 3D çapında” adlı seminar keçirilib.

    ADNSU-dan "Report"a bildirilib ki, qloballaşan dünyada yeni texnologiyaların sürətli inkişafı və yeni məhsulların yaranması ilə yanaşı, dizayn imkanlarının genişləndirilməsi də özünü göstərməkdədir. 3D çapının, onun imkanlarının və dizayn prosesindəki çətinliklərinin öyrənilməsi məqsədilə təşkil olunan seminarda ADNSU və digər ali məktəblərdən olan 14 nəfər tələbə iştirak edib. Seminarı Almaniyadan olan təlimçi Stefan Şats aparıb.

    Qeyd edək ki, seminarda mühəndis proqramları ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri iştirak edib. Seminar iki gün davam edəcək və yekunda iştirakçılara sertifikatlar təqdim olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi