ADNSU-da Milli Mətbuatın yaranmasının 141-ci ildönümü münasibətilə tədbir keçirilib

ADNSU-da Milli Mətbuatın yaranmasının 141-ci ildönümü münasibətilə tədbir keçirilib Tədbirin sonunda jurnalistlərə hədiyyələr təqdim olunub
Elm və təhsil
22 İyul , 2016 13:32
ADNSU-da Milli Mətbuatın yaranmasının 141-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 22 iyul - Milli Mətbuat günü münasibətilə tədbir keçirilib.

"Report"un məlumatına görə, universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev rektor Mustafa Babanlının təbrikini jurnalistlərə çatdırıb. 

Milli mətbuatın yaranma tarixi haqqında danışan prorektor xatırladıb ki, 141 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşr etməsi ilə Azərbaycan milli mətbuatının əsası qoyulub: “Əkinçi” Azərbaycan dilində əsl milli-demokratik və xalq mətbuatının ilk təməl daşıdır. Bu gün isə ölkədə söz və mətbuat azadlığına, KİV-ə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”.

ADNSU-nun da yarandığı vaxtdan bu günə qədər bir çox uğurlara imza atdığını bildirən A.Babayev deyib ki, mətbuat bu nailiyyətləri lazımi səviyyədə işıqlandıra bilib.

Təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov isə vurğulayıb ki, ali məktəbin fəaliyyəti hər zaman mətbuatda geniş təbliğ edilir: “Çox güvəndiyimiz mətbuatla əlaqə saxlayırıq. Mustafa Babanlının rəhbərliyi altında universitetimiz çox inkişaf edib”.

Tədbirin sonunda mətbuat nümayəndələrinə hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi