ADNSU-da Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib

ADNSU-da Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Milli Mətbuat Günü münasibətilə bir qrup KİV nümayəndəsi ilə görüşüb.
Elm və təhsil
20 İyul , 2018 15:16
ADNSU-da Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Milli Mətbuat Günü münasibətilə bir qrup KİV nümayəndəsi ilə görüşüb. 

"Report" xəbər verir ki, Milli Mətbuatın yaranmasının 143-cü ildönümü münasibətilə jurnalistləri təbrik edən rektor öz peşəsini şərəflə yerinə yetirən media nümayəndələrini ADNSU-da görməkdən şad olduğunu bildirib.

KİV nümayəndələrinə universitetdə həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verən M.Babanlı ADNSU-da görülən işlərin cəmiyyətə çatdırılmasında medianın böyük rolu olduğunu qeyd edib. 

ADNSU-da yaradılan şəffaf mühit barədə danışan rektor bu istiqamətdə aparılan işlərdə medianın hər zaman universitetə dəstək olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən media mənsubları da, öz növbəsində, rektor M.Babanlıya Milli Mətbuat Günü münasibətilə təşkil olunmuş görüşə görə təşəkkürlərini bildiriblər. KİV nümayəndələri ADNSU-da aparılan islahatlar sayəsində universitetin cəmiyyətdə olduqca müsbət imicinin formalaşdırıldığını qeyd ediblər. 

Media mənsubları ali məktəbin fəaliyyəti barədə informasiyanın cəmiyyətə çatdırılması işində bundan sonra da yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıblar.

Tədbirin sonunda KİV nümayəndələrinə Milli Mətbuat Günü münasibətilə hazırlanan hədiyyələr təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi