Yuxarı
    Bağlamaq

    ADNSU-da IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri ilə görüş keçirilib

    İdmançı səfirlər tələbələri maraqlandıran sualları cavablandırıblar

    Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı-2017 Oyunları “Grassroots Proqramı” çərçivəsində keçirilən “Feel closer” (Yaxın hiss et) adlı tədbirdə idmançı səfirlər ilə tələbələrin görüşü baş tutub.

    Universitetdən “Report”a verilən məlumata görə, proqram daxilində nəzərdə tutulan layihə “Sülh, Hörmət, Birlik və Mükəmməllik” dəyərlərinin daşıyıcısıdır və əsas məqsəd gəncləri sağlam həyat tərzinə çağırmaqdır.

    Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru Ata Babayev Bakı-2017 "Grasroots Proqramı" və daxili əlaqələr üzrə menecer Ülviyyə Əkbərova, idmançı səfirlər Ruslan Abışov, Hacı Əliyev və Rəfael Ağayev iştirak ediblər.

    Prezident İlham Əliyevin Azərbaycanı dünyada layiqincə təmsil edən idmançılarımıza qayğısının ölkəmizin inkişafında mühim rol oynadığını qeyd edən prorektor Ata Babayev ADNSU-nun IV İslam Həmrəyliyi Oyunlarına ciddi cəhdlə, öz üzərinə düşən məsuliyyəti dərk edərək hazırlaşdığını vurğulayıb.

    “Uğurların, qələbələrin yaşatdığı sevinc, məğlubiyyətin gətirdiyi kədər hissinin insanlar arasında bölünməsi, onların bir-birinə dəstək olmaları çox böyük bir mədəniyyət olmaqla bərabər, eyni zamanda əvəzsiz bir dəyərdir. IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirlərimizin qarşısında duran əsas missiyalardan biri, bu dəyərləri cəmiyyətə çatdırmaqdır” - Bakı-2017 "Grasroots Proqramı" və daxili əlaqələr üzrə menecer Ülviyyə Əkbərova bildirib.

    Tədbirdə iştirak edən idmançı səfirlər oyunların əsas dəyərləri haqqında tələbələri məlumatlandırıb və bu dəyərlər çərçivəsində öz təcrübələrini tələbələrlə bölüşüblər.

    Sonra IV İslam Həmrəyliyi Oyunlarının və idmançı səfirlərin haqqında geniş məlumatın yer aldığı tanıtım videoçarxı təqdim olunub. İdmançı səfirlər tələbələri maraqlandıran sualları cavablandırıblar.

    Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları bu il mayın 12-dən 22-dək keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi