ADNSU-da 30 aprel qurbanlarının xatirəsinə barelyef qoyulacaq

ADNSU-da 30 aprel qurbanlarının xatirəsinə barelyef qoyulacaq "Baralyefdə hadisə zamanı dünyasını dəyişənlərin adları yazılacaq"
Elm və təhsil
3 May , 2016 18:49
ADNSU-da 30 aprel qurbanlarının xatirəsinə barelyef qoyulacaq

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası) aprelin 30-da baş verən terror zamanı həyatlarını itirən tələbə, müəllim və universitet əməkdaşlarının xatirəsini əbədiləşdirmək məqsədilə barelyef qoyulacaq.

Ali məktəbin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baralyefin gələn il hadisənin növbəti ildönümünə hazır olacağı gözlənilir: "Baralyefdə hadisə zamanı, yəni 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) ikinci korpusunda dünyasını dəyişənlərin adları yazılacaq".

Məlumatda qeyd olunub ki, baralyefin dizaynında əlavələr edilə bilər.

Son xəbərlər

Orphus sistemi