ADNSU Çin kolleci ilə müqavilə imzalayıb

ADNSU Çin kolleci ilə müqavilə imzalayıb Bakı. 22 dekabr. REPORT.AZ/ Çində səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı bu gün Çin Xalq Respublikasının Lançjou Neft-Kimya Kollecinin prezidenti, professor Gao Pu ilə görüşüb.
Elm və təhsil
22 Dekabr , 2017 14:21
ADNSU Çin kolleci ilə müqavilə imzalayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Çində səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı bu gün Çin Xalq Respublikasının Lançjou Neft-Kimya Kollecinin prezidenti, professor Gao Pu ilə görüşüb.

Universitetdən "Report"a verilən məlumata görə, əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə məktəbin hər il 200-ə yaxın məzununun ADNSU-da hazırlıq, bakalavr və gələcəkdə magistr səviyyələri üzrə təhsil almalarına dair razılıq əldə olunub və tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edək ki, ADNSU-nun rektoru M.Babanlının Çinə səfəri dekabrın 24-dək davam edəcək. Səfər çərçivəsində ADNSU-nun rektorunun bir sıra görüşləri planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi