Adı XX əsrin məşhur adamları kitabına daxil edilən azərbaycanlı alim vəfat edib - FOTO

Adı XX əsrin məşhur adamları kitabına daxil edilən azərbaycanlı alim vəfat edib - FOTO O, Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasının müdiri olub
Elm və təhsil
16 Dekabr , 2016 09:20
Adı XX əsrin məşhur adamları kitabına daxil edilən azərbaycanlı alim vəfat edib - FOTO

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın əməkdar elm xadimi vəfat edib.

“Report”un xəbərinə görə, Bakı Dövlət Universitetinin (BDU) Bitki fiziologiyası kafedrasının müdiri Neymət Qasımov 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, əməkdar elm xadimi, professor Neymət Qasımov 27 yanvar 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndində anadan olub.  O, bitki fiziologiyası sahəsində dünyada tanınmış alim olub.

1986-cı ildən ABŞ-ın İllinois ştatının Elmlər Akademiyasının həqiqi üzvü olub. 1991-ci ildə 3 ay müddətində İllinois Universitetdə bitki fiziologiyasından mühazirələr oxuyub. 1998-ci ildən adı XX əsrin məşhur adamları kitabına daxil edilib.

Son xəbərlər

Orphus sistemi