Yuxarı

ADİU ilə Britaniyanın "TransTech Capital LLP" şirkəti arasında anlaşma memorandumu imzalanıb

ADİU-nun Texnologiya Transfer Mərkəzində nümunə texnologiya transfer funksiyası yaradılacaq

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Böyük Britaniyanın "TransTech Capital LLP" (TTK) şirkəti arasında anlaşma memorandumu imzalanıb. Bu barədə "Report"a ADİU-dan məlumat verilib.

Sənəddə ADİU-nun Texnologiya Transfer Mərkəzində nümunə texnologiya transfer funksiyasının yaradılması nəzərdə tutulub.

"TransTech Capital LLP" şirkətinin nümayəndəsi Saymon Roberson bildirib ki, TTK ADİU-ya özünün əqli mülkiyyəti olan layihənin hazırlanması, reallaşması, kommersiyalaşdırılması və bu kimi digər proseslərlə bağlı yardım etməyə hazırdır: "Biz ADİU-ya əqli mülkiyyətin kommersiyalaşdırılması strategiyası ilə bağlı kömək göstərməyə çox şadıq. Azərbaycan həqiqətən də imkanlar ölkəsidir. ADİU kimi bir təhsil ocağının gücünü və hökumətin ilk Avropa Oyunları kimi bacarıqlarını inkişaf etdirilməsinə investisiya qoymasını nəzərə alaraq, bu gənc dövlətin potensialına öz əlavəmizi etmək imkanına malik olmağımıza görə məmnunluq duyuruq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi