Yuxarı
    Bağlamaq

    “ADA” Universitetinin magistr proqramlarına sənəd qəbulu başlayıb

    Azərbaycan vətəndaşları üçün sənədlərin qəbulu dekabrın 1-dən aprelin 1-nə, xarici vətəndaşlar üçün avqustun 1-dək davam edəcək

    Bakı. 1 dekabr. REPORT.AZ/ “ADA” Universiteti 2017-2018-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbuluna başlayır.

    Universitetdən “Report”a verilən məlumata görə, Azərbaycan vətəndaşları üçün sənədlərin qəbulu dekabrın 1-dən aprelin 1-nə, xarici vətəndaşlar üçün avqustun 1-dək davam edəcək.

    Növbəti tədris ili üçün “ADA” Universiteti diplomatiya və beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, ictimai siyasət və təhsilin idarə edilməsi sahələri üzrə magistr təhsili təklif edir.

    Qeyd edək ki, Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 43 müxtəlif ölkədən olması “ADA”da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı dünya təcrübəsindən yararlanmaq imkanı yaradır.

    İxtisaslar üzrə dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Xüsusilə də, bizensin idarə edilməsi və təhsilin idarə edilməsi ixtisasları Niderlannın Maastrixt Menecement Məktəbi və ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birgə əməkdaşlıqda tədris edilir. Təhsil müddətində tələbələr “ADA”nın akademik tərəfdaşları olan dünyanın 22 universitetlərinin birində təhsil mübadiləsi keçə bilərlər. Ali təhsil ocağında fəaliyyət göstərən Karyera Mərkəzi tələblərə ilk kursdan başlayaraq məşğulluq bazarı ilə tanış olmağa, ixtisasları ürə müxtəlif dövlət və fərdi qurumlarda təcrübə qazanmağa imkan yaradır. Bunun nəticəsi olaraq Universitet məzunları arasında məşğulluq göstəricisi 84%-dir.

    “ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanları və ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarını verməlidirlər. İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştirak etməyə dəvət olunurlar.

    Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələrə “ADA” Universiteti tərəfindən təhsil haqqına güzəştlər və uzun müddətli sosial tələbə kreditləri təklif edilir.

    Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldurmaqla, əlavə suallarla isə admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi