"​ADA" Universitetində III Karyera Həftəsi keçirilib

"​ADA" Universitetində III Karyera Həftəsi keçirilib Sərgidə Azərbaycanda fəaliyyət göstərən müxtəlif sektorlardan 50-yə qədər çoxsaylı qurum və şirkət təmsil olunub
Elm və təhsil
27 Fevral , 2015 18:56
​ADA Universitetində III Karyera Həftəsi keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ "ADA" Universitetinin "Karyera Hazırlıq Mərkəzi" sayca III Karyera Həftəsini uğurla başa vurub. 

"Report" xəbər verir ki, məqsəd müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar vasitəsilə "ADA" Universitetinin tələbələrini ölkədəki iş bazarı və karyera imkanları ilə tanış etməkdir.

Bununla yanaşı, tələbə və məzunlar hökumət, qeyri-hökumət və özəl sektoru təmsil edən qurumların nümayəndələri ilə görüşmək və ünsiyyət qurmaq imkanı əldə ediblər. Karyera həftəsi çərçivəsində tələbələr iş imkanları ilə yanaşı, yay tətili zaman peşəkar təcrübə keçmək və qısamüddətli iş imkanları ilə də tanış olublar.

Karyera Həftəsi çərçivəsində həm də Karyera Sərgisi təşkil olunub. Sərgidə Azərbaycanda fəaliyyət göstərən müxtəlif sektorlardan 50-yə qədər çoxsaylı qurum və şirkət, o cümlədən 100-dən artıq şirkət nümayəndəsi təmsil olunublar. Karyera sərgisində tələbələrə tam və yarımştat, təcrübə və könüllülük imkanları da daxil olmaqla 70-ə qədər vakansiya təklif olunub. Təklif olunan vakansiyalar bankçılıq, telekommunikasiya, dövlət orqanları, konsaltinq, turizm, neft və qaz və digər sahələr üzrə idi. 

Son xəbərlər

Orphus sistemi