Yuxarı

ADA Universitetində 39 ölkədən xarici tələbə təhsil alır

Prorektor: İlbəil xarici tələbələrin coğrafiyası genişlənir

Bakı. 8 aprel. REPORT.AZ/ Bu günə qədər ADA Universitetində 55 xarici tələbə təhsil alıb. "Report" xəbər verir ki, bu barədə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə "Əlimərdan bəy Topçubaşov" adına təqaüdü qazanan ADA Universitetinin tələbələrinə fəxri fərmanların təqdim edilməsi mərasimində bildirib. 

Onun sözlərinə görə, hazırda universitetdə 103 xarici tələbə təhsil alır. 

"İlbəil xarici tələbələrin coğrafiyası genişlənir. Bu gün ADA Universitetində 39 ölkədən xarici tələbə təhsil alır", - deyə o əlavə edib. 

Prorektor qeyd edib ki, universiteti bitirən tələbələr öz ölkələrinə qaytıdıqdan sonra yüksək vəzifələrdə çalışır və Azərbaycan haqqında daha çox məlumatın yayılmasına kömək edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi