ADA Universitetində 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılışı olub

ADA Universitetində 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılışı olub Bakı. 7 iyun. REPORT.AZ/ ADA Universitetində Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin dəstəyi ilə iki günlük “Təhsilin Strateji Planlaşdırılması: Düşüncələr və Perspektivlər” Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimi olub.
Elm və təhsil
7 İyun , 2018 11:40
ADA Universitetində 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılışı olub
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ ADA Universitetində Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin dəstəyi ilə iki günlük “Təhsilin Strateji Planlaşdırılması: Düşüncələr və Perspektivlər” Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimi olub.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Vəfa Kazdal təhsil sahəsində olan fəaliyyətin dərhal uğurlara gətirib çıxarmadığı bildirib. 

O deyib ki, bu uğurların olması üçün uzun müddət tələb olunur. 

Prorektorun sözlərinə görə, konfrans çərçivəsində ADA Universitetinin Təhsil İnstitutunun bu il təhsilin idarəedilməsi ixtisası üzrə məzun olan ilk buraxılışının diplom işləri və apardıqları elmi araşdırmanın nəticələri müzakirə olunacaq.

Təhsil Naziri Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanən ən qabaqcıl universitetlərindən biri olan ADA Universitetində belə konfransın keçirilməsi olduqca əhəmiyyətlidir: "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının qəbulundan 5 ilə yaxın müddət keçir. Bu müddətdə bir çox işlər görülüb, təhsilin məzmunu sahəsində nailiyyətlər əldə edilib".

C.Bayramov əlavə edib ki, peşəkar kadrların hazırlanması istiqamətində aktiv işlər aparılır: "Ali təhsil və ilk peşə ixtisası sahəsində bəzi dəyişikliklərin edilməsinə başlanılıb. Son bir necə ildə ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz, yaxud 4 min nəfər artıb".

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, 2019-cu il bütün təhsil sistemi üçün çox böyük əhəmiyyəti olan il olacaq: "Gələn il 9-cu siniflərlə yanaşı 11-ci sinif şagirdləri də yeni proqramlar üzrə buraxılış imtahanı verəcəklər".

Konfransın davamında Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin video müraciəti nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi