​"ADA" Universiteti və İraq XİN-in Diplomatik Xidmət İnstitutu arasında anlaşma memorandumu imzalanıb

​"ADA" Universiteti və İraq XİN-in Diplomatik Xidmət İnstitutu arasında anlaşma memorandumu imzalanıb Tərəflərin maraq dairəsində olan beynəlxalq münasibətlər sahəsindəki nəşrlərin mübadiləsi üçün müvafiq sistem yaratmaq haqqında razılıq əldə edilib
Elm və təhsil
4 Dekabr , 2014 15:50
​ADA Universiteti və İraq XİN-in Diplomatik Xidmət İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün "ADA" Universiteti ilə İraq Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Xidmət İnstitutu arasında iki ölkənin diplomatları və diplomatik xidmət işçiləri üçün daha yaxşı təhsil və treyninqlər vermək, eyni zamanda onların tədqiqatlarına dəstək olmaq üçün qarşılıqı əməkdaşlığın dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu barədə "Report"a "ADA"nın Kommunikasiya Departamentindən bildirilib.

Memoranduma əsasən, tərəflər təşkili nəzərdə tutulan dərs proqramları, kurslar, seminarlar və bu kimi akademik fəaliyyətlərlə bağlı məlumatları, hər iki təhsil müəssisəsi tərəfindən qəbul olunmuş tədris proqramlarında istifadə olunan müasir tədris metodikalarını, peşəkar göstəricilərin artırılması məqsədilə qarşılıqlı maraq dairəsində olan sahələrdə professorlar, mühazirəçilər, mütəxəssislər, tədqiqatçılar və tələbələri mübadilə etmək, müştərək dövri nəşrlər, jurnallar, məqalələr, elmi tədqiqatlar, eləcə də tərəflərin maraq dairəsində olan beynəlxalq münasibətlər sahəsindəki nəşrlərin mübadiləsi üçün müvafiq sistem yaratmaq haqqında razılıq əldə ediblər.

Anlaşma "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev və İraq XİN-in Diplomatik Xidmət İnstitutunun adından səfir Hayder Şiya Al Barrak tərəfindən imzalanıb.

Son xəbərlər

Orphus sistemi