"ADA" Universiteti gələn tədris ilində 16 xarici universitetə tələbə göndərəcək

"ADA" Universiteti gələn tədris ilində 16 xarici universitetə tələbə göndərəcək Həmin xarici universitetlərin 9 nəfəri isə "ADA"da oxuyacaq
Elm və təhsil
30 İyun , 2015 15:10
ADA Universiteti gələn tədris ilində 16 xarici universitetə tələbə göndərəcək

Bakı. 30 iyun. REPORT.AZ/ "ADA" Universitetinin 24 tələbəsi gələn tədris ilində təhsillərini xarici universitetlərdə davam etdirəcəklər. "ADA"dan "Report"a verilən məlumata görə, bu universitetlər sırasına ABŞ, Fransa, Böyük Britaniya, Türkiyə, Macarıstan, Cənubi Koreya, Çin, Estoniya, Litvada yerləşən və "ADA" Universiteti ilə tədris mübadiləsi haqda anlaşmaları olan 16 aparıcı ali təhsil ocağı daxildir. 

Eyni zamanda, həmin xarici universitetlərdən 9 tələbə mübadilə proqramı əsasında "ADA" Universitetində təhsil alacaqlar. 

Xatırladaq ki, "ADA" Universiteti 50-dən çox xarici təhsil ocağı ilə müəllim, tələbə və tədqiqat mübadiləsini nəzərdə tutan əməkdaşlıq qurub. "ADA" bakalavrları və magistrları təhsilin ikinci ilindən başlayaraq bu tərəfdaş universitetlərin birində mübadilə semestri keçirmək imkanı əldə edirlər.

Son xəbərlər

Orphus sistemi