Yuxarı
    Bağlamaq

    Abşeron Təhsil Şöbəsi məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi ilə bağlı məlumat yayıb

    Videogörüntü araşdırılıb

    Bakı. 25 yanvar. REPORT.AZ/ "Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb".

    Bu barədə "Report"a Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.

    "Baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub. Pedaqoji Şuranın qəbul etdiyi qərarla bağlı əlavə məlumat veriləcək" - deyə məlumatda bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi