Yuxarı

ABŞ senatorları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar

Qonaqlara BBMM-in nəşrləri hədiyyə olunub

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ senatorlarından ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev görüşdə Azərbaycanın multikultural durumu və tolerantlıq ənənələrindən söz açıb. O bildirib ki, ölkənin 28, dünyanın 20 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur, multikulturalizmlə bağlı kitablar hazırlanır və nəşr olunur.

Arizona senatorı Don Şuter çıxışında İpək yolunun üzərində yerləşən Azərbaycanda tarixən müxtəlif xalqların qaynayıb- qarışıb dostluq şəraitində yaşadığını təqdirəlayiq fakt kimi qeyd edib.

Görüşdə bildirilib ki, dünya ölkələri mənasız rəqabət aparmaqdansa bir-birini dəstəkləsə, dəyər anlayışlarına qarşılıqlı hörmətlə yanaşsa sülhün, əmin-amanlığın qorunmasına böyük töhfələr verərlər.

Qonaqlara BBMM-in nəşrləri hədiyyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi