Yuxarı
    Bağlamaq

    ABŞ-ın ən yaxşı universitetlərinin adları açıqlanıb

    The Wall Street Journal qəzetinin tərtib etdiyi reytinqə Harvard Universiteti başçılıq edib

    Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ-ın ən yaxşı universitetlərinin adları açıqlanıb. 

    "Report" TASS-a istinadən xəbər verir ki, siyahı ABŞ-ın "The Wall Street Journal" qəzeti və Böyük Britaniyanın "Times Higher Education" jurnalı tərəfindən tərtib edilib. 

    Siyahıda ABŞ-ın ən yaxşı universitetlərinin reytinqinə Harvard Universiteti başçılıq edir, ikinci yeri Nyu-Yorkdakı Kolumbiya Universiteti tutub, Massaçusets Texnologiya İnstitutu və Stanford Universiteti isə üçüncü yeri bölüşüb. Bunlarla yanaşı, ilk "onluq"da Dyuk Universiteti, Yel Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Pensilvaniya Universiteti, Prinston Universiteti və Kornell Universiteti yer alıb.

    Reytinqin tərtib edilməsində məqsəd universitetlərin tələbələrini məzun olduqdan sonra müstəqil həyata nə dərəcədə yaxşı hazırlamasını qiymətləndirmək olub. Reytinqin hazırlanmasında məzunların gəlir səviyyəsi, hər bir universitetin akademik resursları, müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqələrin dərəcəsi, eləcə də təhsil müəssisələrində multikultural mühit kimi 15 müxtəlif amil nəzərə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi