Yuxarı
    Bağlamaq

    ABŞ-ın Corc Vaşinqton Universiteti BANM ilə birgə layihə meneceri hazırlayır

    Dinlə

    Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbi (SPM) mütəxəssis hazırlığını uğurla davam etdirir. 

    Bu barədə "Report"a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, Ali Məktəblə birgə əməkdaşlıq çərçivəsində bu layihənin Bakıda artıq 100-dən çox məzunu var.

    Layihə İdarəetmə Məktəbinin məqsədi layihə menecmenti üzrə təhsil almaq istəyən, lakin xaricdə təhsil almağa zamanı və imkanı olmayanların elə Bakıda bu sahə üzrə dərin biliklərə yiyələnməklərinə şərait yaratmaqdır. Proqramı uğurla başa vuran iştirakçılar sonda Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. Bundan başqa, proqram üzrə tədris edilən hər bir modul (təlim) üzrə də Corc Vaşinqton Universitetinin sertifikatları təqdim edilir.

    Layihə İdarəetmə Məktəbinin daha bir uğurlarından biri də ondan ibarətdir ki, bu məktəbi bitirən məzunlar karyeralarında irəliləyiş, uğur əldə edirlər. “Layihə İdarəetmə Məktəbi karyerada irəli getmək istəyən, iddialı mütəxəssislər üçün böyük şansdır. Noyabrın biri Məzun Gününü təşkil etdiyimiz sonuncu iştirakçılarımızdan artıq 20-yə yaxın mütəxəssis öz vəzifəsində yüksəliş əldə etmişdir” – deyə Layihə İdarəetmə Məktəbinin proqram meneceri Nərmin Əhmədova bildirib.

    Qeyd edək ki, Layihə İdarəetmə Məktəbində Layihələrin idarə edilməsi, Qrafik və xərclərə nəzarət, Risklərin idarə edilməsi, Layihəyə rəhbərlik, menecment və kommunikasiya, Layihə rəhbərləri üçün keyfiyyət, Layihə idarəetməsinin tətbiqi mexanizmləri, PMP imtahanına hazırlıq, Layihə menecerləri üçün danışıq aparma bacarıqları kimi modullar tədris edilir.

    Magistr proqramını Böyük Britaniyanın Stratex şirkətinin xüsusi olaraq seçdiyi təlimçilər tədris edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi