ABŞ-dakı Azərbaycanın Dostları Assambleyasının sədri ADU-nun tələbələri ilə görüşüb

ABŞ-dakı Azərbaycanın Dostları Assambleyasının sədri ADU-nun tələbələri ilə görüşüb İştirakçıları maraqlandıran suallar cavablandırılıb
Elm və təhsil
13 May , 2015 11:24
ABŞ-dakı Azərbaycanın Dostları Assambleyasının sədri ADU-nun tələbələri ilə görüşüb

Bakı. 13 may. REPORT.AZ/ Bakıda səfərdə olan ABŞ-dakı Azərbaycanın Dostları Assambleyasının (AFAZ) sədri Ceyms Patrik Moran Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində universitetin tələbə və müəllim heyəti, eyni zamanda müxtəlif ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb. ADU-dan "Report"a verilən məlumata görə, ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonağı Azərbaycanda və ADU-da görməkdən məmnun olduğunu deyib.

C.P.Moran səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkür edib. O, Azərbaycana bir neçə dəfə gəldiyini iştirakçıların diqqətinə çatdırıb və Bakının müasir görkəminə heyran qaldığını bildirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi