Yuxarı
    Bağlamaq

    “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələri çap olunub

    Jurnalları “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və saytından sifariş etmək olar

    Bakı. 22 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini nəşr edib.

    Komissiyadan "Report"a verilən məlumata görə, jurnalın 9-cu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

    Jurnalın 10-cu nömrəsində isə 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

    Jurnalları “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar.

    Jurnalların elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi