“Abituriyent” jurnalının 6-cı nömrəsi çap olunub

“Abituriyent” jurnalının 6-cı nömrəsi çap olunub Jurnalda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahıs təqdim edilib
Elm və təhsil
8 Avqust , 2017 13:41
“Abituriyent” jurnalının 6-cı nömrəsi çap olunub
Report

Bakı. 8 avqust. REPORT.AZ/ “Abituriyent” jurnalının 6-cı nömrəsi çap olunub. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, jurnalda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşan keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. 

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Son xəbərlər

Orphus sistemi