“Abituriyent” jurnalının 12-ci nömrəsi çap edilib

“Abituriyent” jurnalının 12-ci nömrəsi çap edilib Bakı. 14 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları Abituriyent jurnalının 12-ci nömrəsində çap edib.
Elm və təhsil
14 May , 2018 11:23
“Abituriyent” jurnalının 12-ci nömrəsi çap edilib
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları "Abituriyent" jurnalının 12-ci nömrəsində çap edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, jurnalda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılmış, təklif və tövsiyələr irəli sürülüb.

İmtahanların nəticələri əsasında təhlillər aparılıb, müvafiq materiallar hazırlanaraq jurnalın elektron versiyasına daxil edilib.

Aşağıdakılar isə "Abituriyent" jurnalının 12-ci nömrəsinə əlavə kimi ayrıca kitabça şəkilində nəşr edilib:

- Ayrı-ayrı rayonların 2017-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar;

- Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri;

- Kənd təsərrüfatı profilli ixtisaslar statistikada;

- Neft-qaz profilli ixtisaslar statistikada.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m. və Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. 

Jurnalın elektron versiyasını isə (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi